Qırğızıstan Prezidenti sabah Azərbaycana gəlir
    • 18-04-2022, 12:12
    • 327

Qırğızıstan Prezidenti sabah Azərbaycana gəlir

Qırğızıstan Prezidenti Sadır Japarov sabah Azərbaycana rəsmi səfər edəcək.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Qırğızıstan dövlət başçısının Mətbuat xidməti yayıb.

Məlumata görə, səfər 19-20 aprel tarixlərində Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti əsasında baş tutacaq.