Qonaqkənddə ağır qəza - 5 nəfər xəstəxanaya çatdırıldı
    • 18-04-2022, 14:13
    • 492

Qonaqkənddə ağır qəza - 5 nəfər xəstəxanaya çatdırıldı

Quba rayonunda ağır yol qəzası baş verib.

News24.az-ın məlumatına görə, rayonun Qonaqkənd qəsəbəsində - dağlıq yolda "Lada Priora" markalı minik maşını "Gazel" markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Qəza yerinə polis əməkdaşları gəlib, araşdırma aparılır.