Lvov raket atəşinə tutuldu - Ölən və yaralananlar var

Lvov raket atəşinə tutuldu - Ölən və yaralananlar var
Dünya

18-04-2022, 14:50

Mətn ölçüsü

Rusiya silahlı qüvvələri Ukraynanın Lvov şəhərini raket atəşinə tutub.

News24.az "UNIAN"a istinadən xəbər verir ki, məlumatı Lvov vilayəti üzrə hərbi administrasiyanın başçısı Maksim Koziktski təsdiq edib.

Raket zərbələri nəticəsində 7 nəfər həlak olub, biri uşaq olmaqla 11 nəfər isə yaralanıb.

Lvova ümumilikdə 4 raket atılıb.