Bakıdakı nəşriyyatda qumbara tapıldı – Foto
    • 19-04-2022, 12:24
    • 268

Bakıdakı nəşriyyatda qumbara tapıldı – Foto

“Qanun” nəşriyyatının yaxınlığında qumbara aşkarlanıb.

News24.az xəbər verir ki, bu haqda nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlu öz sosial şəbəkə hesabında paylaşım edib.

“Nəşriyyatın yanında qumbara aşkar edildi. Binanın ətrafını təmizləyən fəhlə xoşbəxtlikdən beli qumbaraya toxundurmayıb. Şəkildən göründüyü kimi, qumbara istifadə olunmayıb, necə deyərlər "sağlamdır". Fövqəladə Hallar Nazirliyinə xəbər verdik, çox sağ olsun dərhal gəldilər”.