Samir Cavadzadə də "Maşın Şou"da olacaq
    • 8-12-2018, 14:26
    • 1 205

Samir Cavadzadə də "Maşın Şou"da olacaq

Ayın 13-ü ATV-də başlayacaq "Maşın Şou"da iştirak edəcək məşhurların kimliyi hələ də hər kəsin maraq dairəsindədir.

Adlar şou canlı yayıma çıxanadək hər nə qədər gizli saxlanmağa çalışılsa da müəyyən mənbələr ara-sıra bəzi adları mətbuata ötürməkdən geri qalmır. 

News24.Az olaraq, şouda iştirak edəcək iki məşhurun adını ilk olaraq açıqlamışdıq. Bunlar şairə Nazilə Səfərli və əməkdar artist Ruhəngiz Allahverdiyeva idi.

İndi isə daha bir etibarlı mənbədən bizə sızan məlumata görə şounun 18-liyi sırasında müğənni Samir Cavadzadə də var. Onun iştirakı dəqiq təstiqlənib. 

Qeyd edək ki, bu, S. Cavadzadənin sözügedən şouda növbəti iştirakı olacaq. 

Azər NƏSİBOV