AHİK qurultay məsələsinə münasibət bildirdi
    • 19-04-2022, 18:03
    • 437

AHİK qurultay məsələsinə münasibət bildirdi

"Yaxın günlərdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) qurultayının keçiriləcəyi ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur".

Bunu News24.az-a açıqlamasında qurumun Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Akif Təvəkküloğlu deyib.

O bildirib ki, AHİK-in Nizamnaməsinə uyğun olaraq qurumun növbəti qurultayı 2025-ci ilin fevral ayında keçiriləcək.

Qeyd edək ki, AHİK-in sədri deputat Səttar Möhbalıyevdir.