Qaxda yol nişanları yeniləndi
    • 20-04-2022, 17:51
    • 343

Qaxda yol nişanları yeniləndi

Qaxda yol nişanları yenilənib.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin artırılması, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə şəhər ərazisində müvafiq tədbirlər həyata keçirilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində hərəkətin intensiv olduğu küçə və prospektlərdə nəqliyyat axınının qaydaya salınmasına xidmət edən nişanlanma xətləri, rəngi solmuş piyada keçidləri yenilənərək istifadəyə verilib.

Həmçinin, zərurət olan yerlərdə, xüsusilə də təhsil müəssisələrinin qarşısında yeni xəbərdaredici nişanlar qoyulub.