Bakı xanlarının sarayının açılışı olacaq
    • 21-04-2022, 11:06
    • 619

Bakı xanlarının sarayının açılışı olacaq

"Yaxın vaxtlarda Bakı xanlarının sarayının bərpadan sonrakı açılış mərasimi keçiriləcək".

News24.az verir ki, bunu İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Şahin Seyidzadə "Qarabağın və Şərqi Zəngəzurun Memarlıq İrsi. Bərpa, qorunma və istifadə problemləri" adlı beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, digər tarixi abidələrlə yanaşı, Bakı xanlarının sarayının da bərpası nəzərdə tutulmuşdu: "Artıq bərpa işləri yekunlaşıb. Yaxın zamanlarda onun açılışı olacaq və ziyarətçilərin ixtiyarına veriləcək".