Təhsil naziri Şəmkirdə məktəb açılışında iştirak etdi
    • 21-04-2022, 11:40
    • 314

Təhsil naziri Şəmkirdə məktəb açılışında iştirak etdi

Aprelin 21-də təhsil naziri Emin Əmrullayev Şəmkir rayonuna səfər edib. 
 

Təhsil Nazirliyindən News24.az-a Səfər çərçivəsində yeni tikilmiş Şəmkir rayon Zəyəm Cırdaxan kənd 2 nömrəli tam orta məktəbin açılış mərasimi keçirilib. 
 
Açılış mərasimində təhsil naziri Emin Əmrullayev, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev,  Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri Qüdrət Əliyev və digər qonaqlar iştirak ediblər.

Mərasimdən əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. 

Açılış mərasimində bildirilib ki, yeni tikilmiş məktəb 432 şagird yerlikdir. 17 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 3 laboratoriya, 2 texnologiya, informatika, çağrışaqədərki hazırlıq kabineti, məktəbəhazırlıq otağı, 216 nəfərlik akt zalı, idman zalı, kitabxana və 92 yerlik yeməkxana fəaliyyət göstərəcək.
 
Açılışdan sonra iştirakçılar məktəbdə yaradılmış şəraitlə tanış olublar.