Ötən gün törədilən 55 cinayətin üstü “isti izlər”lə açıldı
    • 22-04-2022, 09:43
    • 237

Ötən gün törədilən 55 cinayətin üstü “isti izlər”lə açıldı

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 55 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub. 

Axtarışda olduğuna görə ümumilikdə 59 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölüb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.