51 cinayətin üstü “isti izlər”lə açıldı
    • 30-03-2022, 09:51
    • 780

51 cinayətin üstü “isti izlər”lə açıldı

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 51 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 75 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 52 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölüb, 3 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.