Tovuzda dəhşətli hadisə - Qadın ağır vəziyyətdə Bakıya gətirildi
    • 22-04-2022, 16:14
    • 360

Tovuzda dəhşətli hadisə - Qadın ağır vəziyyətdə Bakıya gətirildi

Tovuzda qadının ağır yaralanması ilə nəticələnən bədbəxt hadisə baş verib.

News24.az-ın məlumatına görə, rayonun Aşağı Quşçu kəndində yaşayan 60 yaşlı Abbasova Qərəngil Qəşəm qızı gecə saatlarında ocaq qalayarkən qəfil alışma baş verib. O, saat 22:00 radələrində yaşadığı evin həyətindəki su quyusunun üzərinsə ocaq qalayıb və bu anda alov artıb. Nəticədə Qərənfil Abbasova ağır yanıq xəsarətləri alıb.

O, əvvəlcə Tovuzdakı xəstəxanaya aparılsa da, daha sonra Bakıya köçürülüb.

Qadının vəziyyətinin ağır olduğu bildirilib.

Hadisənin səbəbləri araşdırılır.