Vahid Ələkbərov "LUKOYL"un rəhbərliyindən istefasının səbəbini açıqladı
    • 22-04-2022, 19:39
    • 367

Vahid Ələkbərov "LUKOYL"un rəhbərliyindən istefasının səbəbini açıqladı

Bir gün əvvəl Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin prezidenti və şirkətin Direktorlar Şurasının üzvü postunu tərk edən Vahid Ələkbərov istefasının səbəbini açlqlayıb.

"Böyük Britaniya və Avstraliyanın sanksiyaları şirkətin işinə mane olur, bu da onu tərk etməyə səbəb olub", - Ələkbərov deyib.

Qeyd edək ki, Vahid Ələkbərov dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlıdır.

2021-cı ildə ABŞ-ın "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının siyahısında 66-cı yeri tutub. Ələkbərovun sərvəti 24,9 milyard dollar həcmində qiymətləndirilir. /Report.az/