Mariupolda kütləvi məzarlıqlar qazılıb?
    • 22-04-2022, 19:49
    • 277

Mariupolda kütləvi məzarlıqlar qazılıb?

Peyk görüntülərinə görə, Mariupolda kütləvi məzarlıqlar qazılıb.

Rusiya Müdafiə Nazirliyi ötən gecə Ukraynaya məxsus 58 hərbi obyekti vurduğunu açıqlayıb.

Rusiya nəzarəti ələ keçirdiyi Mariupoldakı Azovstal polad zavodunu almağa çalışır. İçəridə ölən və yaralananların olduğu bildirilir. Bəzi mülki vətəndaşlar binaların dağıntıları altında insanların qaldıqlarını bildiriblər.

Ukrayna Baş nazirinin müavini İrina Vereşuk bombardman səbəbindən bu gün Mariupoldan təxliyə dəhlizinin açıla bilməyəcəyini açıqlayıb.
Peyk görüntülərinə görə, Mariupolda kütləvi məzarlıqlar qazılıb.

Qoruyucu paltar geyinən bir qrup şəxsin cəsədləri topladığı görülüb. Toplanan meyitlər üzərində “Z” hərfi olan avtomobillərə yerləşdirilib. Meyitlərin hara aparıldığı məlum deyil. /Qafqazinfo.az/