Metroda nasazlıq: interval 12 dəqiqəyə çatdı
    • 23-04-2022, 13:15
    • 349

Metroda nasazlıq: interval 12 dəqiqəyə çatdı

Həzi Aslanov-Dərnəgül istiqamətində hərəkət edən qatarda nasazlıq yaranıb.

Bunu News24.az-a açıqlamasında  “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, "28 May" stansiyasında sərnişinlər qatardan düşürülüb. Köməkçi qatar verilib. Təlimat tələblərinə uyğun olaraq bu halda köməkçi qatardan da sərnişinlər düşürülüb və qatar xətdən çıxarılıb. Bu səbəbdən də 12 dəqiqəyə yaxın yubanma yaranıb. Amma ümumən qatarlararası interval qorunub saxlanılır.