Bakı metrosunda nasazlıq: sərnişinlər düşürüldü
    • 13-04-2022, 20:29
    • 326

Bakı metrosunda nasazlıq: sərnişinlər düşürüldü

"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "İnşaatçılar" stansiyasında dayanarkən vaqonun bir qapısında nasazlıq yaranıb".

Bunu News24.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, qaydalara uyğun olaraq, sərnişinlər düşürülüb. Əvəzinə ehtiyat qatar xəttə buraxılıb.