COVID-19 heyvanlara keçə bilər?
    • 25-04-2022, 19:47
    • 334

COVID-19 heyvanlara keçə bilər?

Koronavirus infeksiyası mövsümi xəstəliyə çevrilə və ya yeni sahibini təbiətdə seçə bilər. 

Bu barədə təhlükəli infeksiyalar üzrə mütəxəssis, immunoloq Vladislav Jemçuqov TASS-a müsahibəsində deyib.

“Pandemiya sona çatdıqda virusun hara gedə biləcəyi ilə bağlı iki variant var. Birincisi, o, qrip kimi mövsümi infeksiyaya çevrilərək bir yarımkürədən digərinə (Şimaldan Cənuba və əksinə) keçə bilər. İkincisi, COVID-19 təbiətdə yeni ev sahibi tapa bilər və başqa təhlükəli infeksiyaya çevrilə bilər.

Prinsipcə, Ebola, vəba kimi xəstəliklər vəhşi təbiətdə mövcuddur”, - həkim bildirib.

İmmunoloqun sözlərinə görə, koronavirusun heyvanlar aləminə yoluxması insanlar üçün təhlükə yaratmayacaq, çünki bu, artıq normal bir prosesdir və bütün viruslar üçün ümumi “davranış”dır.

“Bütün bunlar virusun məqsədidir, nə cürsə sağ qalmaq. O, qalacaq və yalnız onun rezervuar keçidinə imkan yaradacaq ştamlar seçiləcək”.
 /Publika.az/