"Ukraynanın Rusiyaya hücumu legitimdir"
    • 26-04-2022, 15:39
    • 329

"Ukraynanın Rusiyaya hücumu legitimdir"

Ukrayna Rusiyadakı hədəflərə hücumu tamamilə legitimdir. Düşmənin logistikasını pozmaq və düşmən anbarlarını məhv etmək müharibənin bir hissəsidir”.

News24.az "UNİAN"a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Silahlı Qüvvələr üzrə naziri Ceyms Hippi "Times" radiosunun efirində deyib.

"Ukrayna öz sərhədləri daxilində dinc yaşayan suveren ölkə idi. Başqa bir ölkə isə bu sərhədləri pozaraq oraya130 min əsgər göndərmək qərarına gəldi. Bu, Ukrayna ilə Rusiya arasında müharibənin başlanğıcı oldu. Ukrayna düşmənin maddi-texniki xətlərinə, yanacaq təchizatına, silah-sursat anbarlarına hücum etmək üçün ona dərin zərbələr endirməlidir və bu, müharibənin bir hissəsidir”, deyə Hippi bildirib.

Onun sözlərinə görə, Ukrayna tərəfinin Rusiyanı ölkədəki logistikanı pozmaq üçün hədəfə alması tamamilə qanunidir.