-
- 26-04-2022, 17:10
- 390
Bakının mərkəzində ŞOK HADİSƏ - Anasını başqa kişi ilə video çəkmək istəyərkən...
Bu ilin yanvar ayında Bakı şəhəri Nərimanov rayonu ərazisində gənc oğlan anasını və onun sevgilisini videoya çəkmək istəyərkən dava düşüb.
News24.az-ın məlumatına görə, hadisə metronun “Nərimanov” stansiyasının qarşısında - Əhməd Rəcəbli küçəsində baş verib.
Belə ki, 2001-ci il təvəllüdlü Vüqar Əliyev (ad və soyadlar şərtidir) bir müddət əvvəl anası və bacısı ilə birgə Rusiyadan Bakıya gələrək burada aldıqları evdə yaşamağa başlayblar. Onun atası isə işləri ilə əlaqədar Rusiyada qalıb. Onların Nərimanov rayonunda başqa bir evləri də olub və həmin evdə Seydəmir adlı şəxs kirayə qalıb. Həmin şəxs bəzi hallarda evdə texiniki işlər olanda onlara gələrək köməklik göstərib. Bir müddət sonra isə Vüqarın anası Seydəmirlə birlikdə həmin evi sataraq Zabratda başqa ev alıb. Həmin ərəfədə Seydəmir 10-15 gün onların evində də qalıb.
Bundan sonra Vüqar və bacısı Lalə anaları Məxluqənin həmin şəxslə sevgili olmasını hiss ediblər və onları izləyiblər. Ötən ilin dekabrında onların atası Rusiyadan Azərbaycana qayıdıb və övladları ona anaları Məxluqənin Seydəmirlə sevgili olduğunu, ona xəyanət etiyini deyib. Bundan bir neçə gün sonra həmin şəxs boşanmaq məqsədilə məhkəməyə müraciət edib. Elə həmin vaxt Məxluqə də məhkəməyə müraciət edərək ərindən rəsmən ayrılmaq istədiyini deyib. Bu il yanvarın 14-də isə Vüqar atası ilə birgə Nərimanov metrosunun yaxınlığında olarkən anası ilə Seydəmirin maşından düşdüyünü görüb. Bu zaman o, mobil telefonu çıxararaq onları birgə videoya çəkməyə başlayıb. Seydəmir Vüqara xəbərdarlıq edərək çəkilişi dayandırmasını tələb edib və onun əlindən telefonu alaraq yerə çırpıb. Vüqar isə Seydəmirə yuruqla baş, göz, sifət nahiyəsindən zərbələr endirərək xəsarətlər yetirib.
Hadisə vaxtı metronun qarşısındakı şəxslər onları ayırıblar.
Sevgilisinin oğlu tərəfindən döyülən şəxs 102-yə zəng edərək hadisə barədə məlumat verib. Hadisə vaxtı orada olan Vüqarın ürək xəstəsi olan atası isə özünü pis hiss edərək yıxılıb. O, xəstəxanaya aparılıb və 2 gün reanimasiyada, 10 gün isə terapiya şöbəsində qalıb.
Məhkəmədə çıxış edən Məxluqə övladlarının ona şər atdığını, Seydəmirlə dost olduğunu deyib. Bununla yanaşı o, ərindən boşanma mərhələsində olduğunu və işin məhkəmədə olduğunu deyib.
Zərərçəkmiş şəxs qismində çıxış edən Seydəmir Əmirov da Məxluqənin övladlarının onlara şər atdığını deyib. O, Vüqarın cəzalandırılmasını xahiş edib.
Məhkəmə Vüqar Əliyevi Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirli bilərək onu 1000 manat cərimə cəzasına məhkum edib.