Bakıda biznesmendən gənc sevgilisinə qarşı ŞOK FIRILDAQ – Müəllimini anası kimi göstərdi, evli olsa da...
    • 14-01-2022, 12:41
    • 818

Bakıda biznesmendən gənc sevgilisinə qarşı ŞOK FIRILDAQ – Müəllimini anası kimi göstərdi, evli olsa da...

Bakıda sevgilisinə qarşı dələduzluq etmiş Zəngilan rayon sakini, 1985-ci il təvəllüdlü Vüqar Məhərrəmov (şərti soyadlı) barəsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü (dələduzluq təkrar törədildikdə, xeyli miqdarda ziyan vurmaqla) maddələri ilə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

News24.az-ın məlumatına görə, Yasamal rayon Məhkəməsində keçirilmiş məhkəmə prosesində məlum olub ki, Binəqədi rayonu ərazisində gül mağazası işlədən V.Məhərrəmov instaqram sosial şəbəkəsində Günel Ərəbovu (şərti ad və soyadlı) görüb və onunla tanış olaraq sevgili olmaq qərarına gəlib. Evli və 2 uşaq atası olmasına baxmayaraq özünü subay kimi təqdim edən, öz müəllimini anası kimi təqdim edən Vüqar Günelin inam və etibarını qazanaraq onunla sevgili olub və qeyri-rsmi formada birgə yaşamağa başlayıb. Cütlük bir müddət normal münasibət saxlayıb, birgə müxtəlif ölkələrə gedib istirahət ediblər. Lakin bir müddət sonra Vüqarın dostlarından biri ondan 10 min manat pulunu ala bilmədiyinə görə Günelə Vüqarın əslində evli olduğunu, 2 azyaşlı uşağının olduğunu deyib.

Həmçinin, Vüqarın Güneldən, onun bacısı və qardaşından müxtəlif vədlər verməklə də külli miqdarda pul alması və həmin pulları geri qaytarmaması səbəbindən cütlüyün münasibətləri pozulub və G.Əmənova Vüqar tərəfindən dələduzluğa məruz qalması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Məhkəmədə ifadə verən G.Əmənova Vüqarın ona və bacısına şəhid oğlu olduğunu deyərək sosial mənzil almaqda köməklik edəcəyini, qardaşını Türkiyə səfirliyində sürücü vəzifəsinə düzəldəcəyini deyərək, eləcə də Hummer markalı nasaz avtomobilini ona sataraq ümumilikdə 75 min manatdan artıq pul aldığını, həmin pulları geri qaytarmayaraq ziyan vurduğunu deyib.

Təqsirləndirilən şəxs isə hər dəfə Günellə xarici ölkəyə səfərə gedərkən 15 min manata yaxın pul xərclədiyini bildirib.

Yanvarın 7-də bitən prosesin yekununda Yasamal rayon Məhkəməsi istintaq müddətində həbsdə saxlanılan V.Məhərrəmovun 3 il 6 ay müddətində azadlıqdan məhrum edilməsinə və cəzasını ümumi rejimli müəssisədə çəkməsinə qərar verib.