DİN-in qarşısında özünü yandıran şəxsin vəziyyəti açıqlandı
    • 26-04-2022, 19:24
    • 437

DİN-in qarşısında özünü yandıran şəxsin vəziyyəti açıqlandı

Bu gün saat 15 radələrində Daxili İşlər Nazirliyinin qarşısında orta yaşlı şəxs üzərinə yandırıcı maye tökərək özünə od vurub. Ətrafdakı şəxslərin köməyi ilə alov söndürülüb.

TƏBİB-dən News24.az-a verilən məlumata görə, sözügedən şəxs reanimasiya şöbəsinə yerləşdirilib.

Bildirilib ki, o, II-III dərəcəli ağır yanıq xəsarəti alıb: “İntihara cəhd edən şəxs Respublika Yanıq Mərkəzinə yerləşdirilib”.