Ağlamaqdan danışa bilmədi - FOTO - VİDEO
    • 10-12-2018, 13:21
    • 842

Ağlamaqdan danışa bilmədi - FOTO - VİDEO

Ötən gün Türkiyədə 45-ci "Altın Kelebek" mükafatlandırma mərasimi baş tutdu.

Türkiyənin "Hürriyet" qəzetinin oxuyucularının səsverməsi nəticəsində sahiblərini tapan mükafatlandırmada maraqlı anlar yaşanıb. Müxtəlif kateqoriyalarda mükafat təsis edən təşkilatçılar hər il olduğu kimi bu dəfə də Türkiyənin uşaq aktyorlarını da unutmayıblar. Sözügedən nominasiyada bu dəfə Azərbaycanda da maraqla izlənilən iki serialın uşaq aktyorları "Kadın"dan Kübra Süzgün və Ali Sami Sefil, "Sen anlat Karadeniz"dən Demir Birinci mükafatlandırılıblar. 

Mükafatı "Kadın" serialında anasını canlandıran Özge Özpirinççidən alan Kübra duyğulanaraq ağlamaqdan əvvəl danışa bilməyib. Özünü toplayan balaca qız təşəkkürlərini sevincdən ağlaya-ağlaya ifadə edib. Sözügedən görüntünü təqdim edirik.   

News24.Az