"Sen anlat Karadeniz"in Nefesi serialdan qovuldu? - AÇIQLAMA
    • 11-01-2019, 11:56
    • 1 690

"Sen anlat Karadeniz"in Nefesi serialdan qovuldu? - AÇIQLAMA

Türkiyənin ən çox baxılan seriallarından olan "Sen anlat Karadeniz"in baş rol ifaçısı İrem Helvacıoğlunun Nefes obrazından uzaqlaşdırıldığı iddia olunur. 

News24.az xəbər verir ki, buna səbəb aktrisanın serialı ərsəyə gətirən şirkətdən icazə almadan TV8-də yayımlanan "O ses Türkiye"nin yeni çəkilişlərinə qatılması olub. Şirkət bunu İ.Helvacıoğlunun canlandırdığı obraza ziyan gətirdiyini düşünüb. 

Serialın rejissoru Osman Sınav isə açıqlama verərək məsələni nə təsdiq nə də təkzib edib:

"Serialdan 100 insan çörək yeyir. Bu işə böyük əmək sərf olunur. Bir səhv hərəkətə görə bu qədər insanın çörəyi ilə oynaya bilmərəm".

Teymur MƏMMƏDOV