Bakıda 3 aylıq körpə öldü
    • 27-04-2022, 17:18
    • 645

Bakıda 3 aylıq körpə öldü

Bakıda 3 aylıq körpə ölüb.

News24.az-ın məlumatına görə, hadisə Korgöz qəsəbəsində baş verib.

2022-ci ilin 11 yanvarında anadan olmuş Südabə Çingiz qızı Vəlicanova yaşadığı evdə günorta saatlarında qəfil ölüb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.