"Dinamo"nun baş məşqçisi: "Mahir Emrelinin çiyni çıxıb"
    • 27-04-2022, 22:32
    • 520

"Dinamo"nun baş məşqçisi: "Mahir Emrelinin çiyni çıxıb"

Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çiyni çıxıb.

Bu barədə Zaqreb təmsilçisinin baş məşqçisi Ante Çaçiç açıqlama verib.

69 yaşlı mütəxəssis bildirib ki, rəqiblə ikili mübarizədən sonra yerə yıxılan 25 yaşlı forvard problemi özü yoluna qoyub: "O, həkimlər meydana daxil olanadək çiynini yerinə salıb".

Hətta Emreli həmin epizoddan sonra ayağa qalxaraq, oynamağa davam edib. Forvard 75-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Mahir Emreli "Qoritsa"ya 1:0 hesabı ilə qalib gəldikləri XXXII tur oyununda zədələnib. Futbolçunun bərpası üçün müəyyən dövrə ehtiyac duyulub. O, artıq müalicəyə başlayıb.
/Oxu.az/