Kiyevin mərkəzində partlayış səsləri eşidildi
    • 28-04-2022, 21:55
    • 349

Kiyevin mərkəzində partlayış səsləri eşidildi

Kiyevin Şevçenkivski rayonunda, şəhərin mərkəzində iki güclü partlayış baş verib.

Bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.
 
"Axşam düşmən Kiyevi atəşə tutub. Şevçenkivski rayonunda iki zərbə endirilib. Bütün xidmətlər yerindədir. Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir", - paytaxt meri qeyd edib. /Publika.az/