“Mercedes” oğrusu aeroportda saxlanıldı
    • 22-01-2022, 12:49
    • 345

“Mercedes” oğrusu aeroportda saxlanıldı

Bakıda avtomobil qaçıran şəxs hava limanında tutulub.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən xəbərə görə, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə yanvarın 21-də M.Həsənov küçəsindən “Mercedes” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini S.Abbasov qısa müddətdə Beynəlxalq Hava Limanı ərazisində avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.