4, 85 və 88 nömrəli avtobusların hərəkət istiqaməti dəyişdirilir
    • 29-04-2022, 11:35
    • 359

4, 85 və 88 nömrəli avtobusların hərəkət istiqaməti dəyişdirilir

Bəzi avtobusların hərəkət sxemində müvafiq dəyişikliklər olunub.

News24.az Bakı Nəqliyyat Agentliyinin saytına istinadən xəbər verir ki, 30 aprel 2022-ci il saat 08:00-dan 01 may 2022-ci il saat 20:00-dək Azadlıq prospektində aparılacaq təmir işləri ilə əlaqədar sözügedən prospektin Sahib Zeynalov küçəsindən İzzət Həmidov küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılacaq. 

Aparılacaq təmir-tikinti işləri ilə əlaqədar adı çəkilən prospektdə nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq ediləcəyi halda, həmin ərazidə fəaliyyət göstərən 4, 85 və 88 nömrəli müntəzəm marşrutların hərəkət sxemində müvafiq dəyişikliklər olunaraq fəaliyyətləri alternativ küçələrlə təşkil ediləcək.