Bu avtobusların hərəkət sxemində dəyişiklik edildi
    • 29-03-2020, 21:20
    • 563

Bu avtobusların hərəkət sxemində dəyişiklik edildi

Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqətin məhdudlaşdırılması ilə bağlı üç avtobusun hərəkət sxemində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən News24.az-a verilən məlumata görə, tikinti-bərpa işləri ilə əlaqədar olaraq mart ayının 30-u səhər saatlarından Bibiheybət məscidindən şəhər və əks istiqamətdə, yeni yolda nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq ediləcəyindən ərazidə fəaliyyət göstərən 120,125 və 205 nömrəli müntəzəm marşrutların hərəkət sxemlərində dəyişiklik edilərək köhnə Bibiheybət yolu – 20-ci Sahə dairəsi ilə təşkil ediləcək.