104 nömrəli avtobusun hərəkət istiqaməti DƏYİŞDİRİLDİ
    • 18-12-2019, 19:37
    • 1 396

104 nömrəli avtobusun hərəkət istiqaməti DƏYİŞDİRİLDİ

Sabah "Azərsu" ASC-nin aparacağı təmir-quraşdırma işləri ilə əlaqədar olaraq, Yeni Suraxanı qəsəbəsinin 14 İyul küçəsində nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq ediləcəyi üçün 104 nömrəli müntəzəm marşrutun və digər nəqliyyat vasitələrinin hərəkət istiqaməti alternativ küçələrlə təşkil ediləcək.

News24.az bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.