İstanbulda yanğın: Ölən və yaralananlar var
    • 29-04-2022, 16:40
    • 256

İstanbulda yanğın: Ölən və yaralananlar var

İstanbulun Tuzla rayonunda yerləşən üçmərtəbəli boya fabrikində yanğın baş verib.

News24.az xəbər verir ki, əraziyə çox sayda yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.

Yanğını söndürülüb, hazırda soyutma işləri aparılır.

İstanbul Valiliyindən bildirilib ki, yanğın baş verən zaman binada olan işçilərdən üçü ölüb, doqquzu yaralanıb. Daha üç nəfərin axtarışları davam edir.

Faktla bağlı araşdırma aparılır. /Unikal.az/