75 valideyinə qarşı tədbirlər görüldü
    • 29-04-2022, 19:21
    • 261

75 valideyinə qarşı tədbirlər görüldü

Azərbaycanda övladlarının tərbiyəsi ilə düzgün məşğul olmayan 75 valideyinə qarşı tədbirlər görülüb.

Bu barədə Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında qeyd olunub.

Bildirilib ki, hesabat ilində uşaq əməyinin istismarının qarşısının alınması üzrə reydlər də davam etdirilərək ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 450 uşaq aşkarlanıb.

Nəticədə övladlarının təlim-tərbiyəsi ilə bağli üzərinə düşən vəzifələri yerinə yetirməyən 75 valideyn barǝsində inzibati tənbeh tədbirləri görülub. /Trend.az/