-
- 31-03-2022, 12:34
- 1 873
“Tarqovı”da QANLI DAVA – Gecə 2-də qanını tökdülər
Nəsimi rayon Məhkəməsində ötən ilin 7 iyun tarixində gecə saat 02 radələrində “Tarqovı” məhəllədə (Nizami və Tolstoy küçələrinin kəsişməsində) baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, hakim Babək Pənahovun sədrliyi ilə 2000-ci il təvəllüdlü Kamran Mahmudov barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (Qəsdən sağlamlığa az ağır zərər vurma - ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsi ilə açılmış işin araşdırılması zamanı hadisənin təfərrüatı üzə çıxıb.
Məlum olub ki, Kamranın bıçaqladığı Rəvan adlı gənc “Tarqovı”dakı köşkdə satıcı işləyib. Kamran mütəmadi olaraq ondan alver edib, xüsusilə siqaret alıb. İyunun 6-da o, Rəvandan siqaret alarkən aralarında səbəbsiz yerə mübahisə yaranıb. Mübahisə vaxtı Rəvan Kamrandan uzaqlaşmasını, küçədə insanların azaldığı vaxt gəlib söhbət etməsini deyib. Həmin yerdən uzaqlaşan Kamran gecə saat 2 radələrində geri qayıdıb və onlar bir qədər kənara çəkilərək mübahisə ediblər. Daha sonra mübahisə münaqişəyə çevrilib və tərəflər bir-birinə yumruq atıblar. Bunu görən Kamran üzərindəki bıçağı çıxardaraq Rəvana xəsarət yetirərərk qaçıb.
Xəsarət almış gənc taksi çağıraraq Əfəndiyev adına xəstəxanaya gedib və əməliyyat olunub.
Məhkəmədə Kamran Mahmudov törətdiyi əməli etiraf edib, səmimi peşman olduğunu deyib.
Rəvan isə Naxçıvanda yaşadığından məktub yazaraq məhkəmədə iştirak edə bilməyəcəyini bildirib və Kamrandan şikayətçi olduğunu qeyd edib.
Nəsimi rayon Məhkəməsinin hökmü ilə Kamran mahmudov 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.