Bakıda "OBA market"ə BASQIN EDİLDİ
    • 30-04-2020, 16:21
    • 1 240

Bakıda "OBA market"ə BASQIN EDİLDİ

Bakıda marketdə quldurluq hadisəsi baş verib.

Hadisə bu gün paytaxtın Xətai rayonu, Gəncə prospektində yerləşən "OBA market"də qeydə alınıb.

Belə ki, naməlum şəxs marketə hücum edib. O, marketin inzibatçısı Cavad Nurullayevi bıçaqla hədələyərək kassada olan 900 manat pulu aparıb.

Hadisəni törədən şəxsin axtarışları davam etdirilir. /Report/