3 nəfər liftdə köməksiz qaldı
    • 3-05-2022, 10:12
    • 327

3 nəfər liftdə köməksiz qaldı

Ötən sutka ərzində 3 nəfər liftdə köməksiz qalıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu, Binəqədi və Yasamal rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub.

News24.az xəbər verir ki, dərhal çağırış ünvanlarına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 nəfərin liftdən çıxarılması təmin edilib.