Abşeronda çoxmərtbəli yaşayış binasında yanğın olub, 13 nəfər təxliyə edilib
    • 26-08-2020, 13:40
    • 568

Abşeronda çoxmərtbəli yaşayış binasında yanğın olub, 13 nəfər təxliyə edilib

Abşeronda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

News24.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindən 5-ci mərtəbəsinə qədər şaxta boyunca elektrik kabeli 10 p.m yanıb.

Yanğın zamanı tüstülənən mənzillərdən 13 nəfər bina sakini xilasedicilər və yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.