Röyadan Aygünə: “Tarixdən silinməyən qadın” - FOTO
    • 11-12-2018, 10:46
    • 1 183

Röyadan Aygünə: “Tarixdən silinməyən qadın” - FOTO

Əməkdar artist Röya Ayxan xalq artisti Aygün Kazımovanı “Altın kelebek” mükafatı alması münasibətilə təbrik edib.
 
News24.az xəbər verir ki, ifaçı A.Kazımovanın fotosunu paylaşaraq bunları yazıb:

“Məni bilirsiniz ağa ağ, qaraya qara deməkdən çəkinmirəm. Bir çox yazı gördüm və məyuslandım. Gözəl xalqım, hər uğur pul ilə əldə olunmur. Bəzən sadəcə dəyərimizi dəyərləndirə bilmirik. Bəli, mən gələndə bir insan təbriki ala bilmədim. Efirlərdə ünvanıma təhqirlərdən tutmuş tənqidlərə qədər eşitdim. Əlbətdə, incidim. Amma bu gün kiminsə buna ucuz yanaşmasına icazə vermərəm. İzlədim və bir şeyi yenidən dərk etdim: Sənətin yaşı yoxdur. Sən hər zaman sığınacaq yer və isti kəlimələrə ehtiyac duyursan. Ona görə də mən tarixdən silinməyən qadına təbriklərimi və hörmətimi çatdırmaq istəyirəm. 2-ci “Altın kelebek”in mübarək, Azərbaycan”!

Teymur MƏMMƏDOV