-
- 4-05-2022, 17:21
- 341
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında mayın 6-dan 8-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, 6-da yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.
News24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin hava şəraitinin qeyri-sabit keçməsi haqqında yaydığı xəbərdarlıqda bildirilib.
Azərbaycanın rayonlarında may ayının birinci ongünlüyünün sonunadək ölkə ərazisində yağıntılı hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi 15-20 m/s, 06-07-də ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.