"Zərifə Əliyeva" gəmi-bərəsi ilk səfərini həyata keçirəcək - FOTO - VİDEO
    • 4-05-2022, 19:39
    • 427

"Zərifə Əliyeva" gəmi-bərəsi ilk səfərini həyata keçirəcək - FOTO - VİDEO

Azərbaycanda inşa olunan "Ro-Pax" tipli "Zərifə Əliyeva" gəmi-bərəsi ilk səfərini Bakı Limanından həyata keçirəcək.
Bu barədə
 News24.az -a Bakı Beynəlxalq Dəniz Ticarət Limanından məlumat verilib.

Bildirilir ki, hazırda Bakı Limanında gəminin yüklənməsi operativ şəkildə həyata keçirilir.

İlk səfərini Qazaxıstanın Kurik limanına edəcək gəmi-bərə vasitəsilə 37 (TIR), 1 yük maşını, 20 minik maşınının daşınması nəzərdə tutulur. Yaxın saatlarda gəminin Bakı Limanından yola salınması planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə bu ilin aprelin 28-də istifadəyə verilən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus gəmini otuz nəfərlik heyət üzvü idarə edir və bu gəmi-bərə ilə eyni vaxtda 100 sərnişin, sistern tipli 56 vaqon və ya 50 yük avtomobili/TIR daşımaq mümkündür.