Azərbaycan silahlarının dekorativ tərtibatına həsr olunmuş sərgi keçiriləcək
    • 5-05-2022, 16:33
    • 443

Azərbaycan silahlarının dekorativ tərtibatına həsr olunmuş sərgi keçiriləcək

Tarix Muzeyində Azərbaycan silahlarının dekorativ tərtibatına həsr olunmuş sərgi hazırlanır.

Bu barədə AMEA-nın saytında məlumat verilib.

News24.az xəbər verir ki, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan silahlarının dekorativ tərtibatına həsr olunmuş sərginin hazırlıq işləri davam edir.

Qeyd edək ki, XVIII – XIX əsrlərə aid silahlar (250-dən artıq eksponat) iki zalda, əsasən 40-a yaxın vitrində təqdim ediləcək. Həmin sərgidə nümayiş olunacaq eksponatlar - soyuq silahlar, müdafiə geyimləri, odlu silahlar muzeyin Silahlar və bayraqlar,  Xüsusi fondlarında mühafizə olunur.

Sərgi tezliklə tamaşaçıların ixtiyarına veriləcək.