Çingiz Abdullayevlə Baş Prokurorluqda görüş keçirilib
    • 5-05-2022, 18:43
    • 482

Çingiz Abdullayevlə Baş Prokurorluqda görüş keçirilib

Azərbaycan Respublikasının xalq yazıçısı Çingiz Abdullayevlə prokurorluq əməkdaşları arasında Baş Prokurorluqda görüş keçirilib.

Bu barədə Baş Prokurorluqdan News24.az-a məlumat verilib.

Görkəmli yazıçı prokurorluq əməkdaşlarının suallarını cavablandırıb, onlarla öz xatirələrini bölüşüb.

Səmimi görüşdən sonra dahi yazıçı müəllifi olduğu kitabları prokurorluq əməkdaşları üçün imzalayıb.