Bakıda mobil telefon oğurlandı
    • 7-05-2022, 10:31
    • 234

Bakıda mobil telefon oğurlandı

Nəsimi RPİ 21-ci Polis Bölməsinə mayın 6-da rayon ərazisində bir nəfərin paytaxt sakini İ.Əhmədovun mobil telefonunu açıq talama yolu aparması barədə məlumat daxil olub.

News24.az-a verilən məlumata görə soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş  O.Abdullayev saxlanılıb.

O.Abdullayev ətrafında aparılan tədbirlərlə onun mayın 5-də daha bir nəfərin mobil telefonunu oğurlaması da müəyyən edilib.
 
 Nəsimi RPİ tərəfindən araşdırma aparılır.