Soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
    • 23-03-2022, 12:30
    • 1 768

Soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

DİN-in “102 Zəng Mərkəzi”nə zəng edən Bakı şəhər sakini E.Mehdiyev paytaxtın Nəsimi rayonu ərazisində bir nəfərin zor tətbiq edərək onun 250 ABŞ dollarını almasını bildirmişdir. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş P.Abdullayeva müəyyən edilərək saxlanılmışdır.
Faktla Araşdırma aparılır.