-
- 7-05-2022, 11:22
- 329
Kubada partlayışda ölənlərin sayı 18-Ə ÇATIB
Kuba Prezidentliyindən verilən açıqlamada qaz sızmasının səbəb olduğu şiddətli partlayış nəticəsində ölənlərin sayının artdığı bildirilib.
News24.az xəbər verir ki, partlayışda indiyədək 18 nəfərin həyatını itirdiyi, 14-ü uşaq olmaqla 64 nəfərin yaralandığı bildirilib.
Açıqlamada ölənlər arasında bir uşaq və hamilə qadının olduğu deyilir.
Xəstəxanada yaralıları ziyarət edən prezident Migel Diaz-Kanel hadisənin terror aktı deyil, uğursuz bir qəza olduğunu xatırladaraq, vətəndaşları qan verməyə çağırıb.
Kuba mətbuatının məlumatına görə, oteldə bir müddətdir davam edən təmir işləri çərçivəsində qaz borulara gedərkən partlayış baş verdiyi iddia edilib.
İlkin məlumata görə, 5 ulduzlu Saratoqa otelində baş verən partlayış nəticəsində 8 nəfər ölüb, 13 nəfər itkin düşüb.
Qeyd olunub ki, Kovid-19 epidemiyası səbəbilə 2 ildən artıqdır bağlanan və mayın 10-da açılışı gözlənilən tarixi otel 1880-ci ildə tikilib və 1933-cü ildən otel kimi fəaliyyət göstərir.