-
- 7-05-2022, 11:31
- 485
Lənkəranda bıçaqlanan gənc xəstəxanada öldü
Mayın 6-ı saat 12 radələrində Lənkəran rayon sakini 1995-ci il təvəllüdlü Sakit İbrahimzadənin bıçaqla xəsarət yetirilməsi nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
News24.az xəbər verir ki, bu barədə Lənkəran rayon prokurorluğunun məlumat yayıb.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin tanışı 2000-ci il təvəllüdlü Hüseyn Nəzərli şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sakit İbrahimzadənin sol bud nahiyəsinə bıçaqla xəsarət yetirmiş, sonuncu aldığı xəsarətdən aparıldığı xəstəxanada ölüb.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Hüseyn Nəzərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.