Zaqatalada bir gündə 2 nəfər intihar edib

Zaqatalada bir gündə 2 nəfər intihar edib
HADİSƏ

7-05-2022, 12:11

Mətn ölçüsü

Zaqatala rayonunda intihar hadisəsi baş verib.

News24.az-ın məlumatına görə, hadisə Göyəm kəndində qeydə alınıb.
Kənd sakini, 1985-ci il təvəllüdlü Sərxan Miqdar oğlu Mustafayev özünü qardaşı Səbuhinin evinin həyətində asaraq intihar edib.

Oxşar hadisə eyni gündə şəhərin Cəlil Məmmədquluzadə küçəsində də baş verib. 1941-ci il təvəllüdlü Mehdi Məcid oğlu Seyidov yaşadığı evdə özünü asıb. Hər iki faktla bağlı araşdırma aparılır.