Sürücü sərnişini bıçaqla hədələyib pulunu almaq istədi
    • 9-05-2022, 12:59
    • 378

Sürücü sərnişini bıçaqla hədələyib pulunu almaq istədi

Xızı Rayon Polis Şöbəsinə mayın 7-də saat 23 radələrində Sitalçay kəndi ərazisində “Opel” markalı bir avtomobilin sürücüsü və sərnişininin Quba rayon sakini Ə.Cəlilzadəni bıçaqla hədələyərək 290 manat pulunu almaları barədə müraciət daxil olub.

Bu barədə News24.az-a məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən həmin avtomobilin sürücüsü, Gədəbəy rayon sakini Vəzir İsmayılov və sərnişini, Oğuz rayon sakini Anar Salahov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.