Şirvan sakinini döyərək pulunu ƏLİNDƏN ALDILAR
    • 11-01-2022, 10:59
    • 548

Şirvan sakinini döyərək pulunu ƏLİNDƏN ALDILAR

Şirvan sakinini zorla saxlayıb öldürməklə hədələyən şəxs tutulub.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsinə (PŞ) yanvarın 8-də 2 nəfərin Şirvan şəhər sakini V.Qurbanovu zorla saxlayıb öldürməklə hədələyərək döymələri və 165 manat pulunu almaları barədə məlumat daxil olub.

Nizami RPİ-nin 24-cü və Metropolitendə Polis Şobələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş C.Hacıağayev və Culfa rayon sakini S.Əhmədova müəyyən edilərək saxlanılıb.

Nizami RPİ-də araşdırma aparılır.