Sumqayıtda DƏHŞƏTLİ qətl: Qadın 13 bıçaq zərbəsi ilə öldürüldü - VİDEO
    • 9-05-2022, 21:23
    • 321

Sumqayıtda DƏHŞƏTLİ qətl: Qadın 13 bıçaq zərbəsi ilə öldürüldü - VİDEO

Sumqayıtda ər, həyat yopldaşını qətlə yetirib. Hadisə Qurd dərəsi, Məhəmmədəli küçəsi ev 4891 B ünvanında qeydə alınıb.

Mərhumun anası Sveta Nağıyeva xəsarətlərlə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəsətəxanasına aparılıb.

İlkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hadisədən sonra Şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla məlum olub ki, Bakı şəhər sakini, əvvəllər məhkum olunan Tofiq Həsənov Rusiyada işləyirmiş. Evdə münaqişəyə pulun səbəb olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən araşdırmalarla Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tofiq Həsənovun münaqişə zəminində bıçaqla həyat yoldaşını öldürməsi, qayınanasına isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

O, polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.