Qəbələdə avtomobil aşdı, ÖLƏN VAR
    • 11-05-2022, 11:03
    • 235

Qəbələdə avtomobil aşdı, ÖLƏN VAR

Qəbələ rayonunda avtomobil aşıb, ölən var.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 10-u saat 13 radələrində rayonun Mirzəbəyli kəndi ərazisində rayon sakini B.Rəhimov idarə etdiyi “VAZ-21011” markalı avtomobili aşırıb. Nəticədə sərnişini olan anası Məhluqə xəstəxanaya yerləşdirilmiş və orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.